“Qalatasaray” mövsümü qələbə ilə başa vurdu

qalatasaray-movsumu-qelebe-ile-basa-vurdu
Oxunma sayı: 1453

Türkiyə Super Liqasında “Qalatasaray” mövsümün son matçına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi doğma azarkeşləri önündə “Başakşəhər”lə qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edib.

“Sarı-qırmızılar”a qələbə qazandıran qollara Dries Mertens və Viktor Oşimen imza atıb.

Qeyd edək ki, “Qalatasaray” başa çatan mövsümdə ölkə çempionu olmaqla yanaşı, Türkiyə kubokunu da başı üzərinə qaldırıb.