Ermənistanda hökumət əleyhinə “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan ölkənin keçmiş Prezidentləri Robert Koçaryan və Serj Sarkisyanla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat hərəkatın teleqram kanalında paylaşılıb.
Tərəflərin hansı məsələləri müzakirə etdiyi açıqlanmayıb.
Xatırladaq ki, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan cari ilin mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına və Paşinyanın impiçment prosesinə start verildiyini açıqlayıb. Nəticədə paytaxt İrəvanda və ölkənin digər bölgələrində hökumət əleyhinə aksiyalar keçirilib. Etiraz aksiyaları iyunda dayandırılsa da, hərəkat payızda fəal siyasi mübarizəni bərpa etmək niyyətində olduğunu bildirib.