“Qanun” nəşriyyatı tərcüməçi Arzu Qazıyevadan “maliyyə çətinliyi” səbəbilə kəsdiyi məvacibi ödəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tərcüməçi öz sosial şəbəkə hesabında paylaşım edib:
“Qanun” nəşriyyatı zəhməthaqqımdan kəsdiyi məbləği ödəməli oldu.
Yazdığım hadisənin geniş rezonans doğuracağını və marafon yaradacağını düzü gözləmirdim. 177 rəyin və naşirin saytlara cavabından sonra ikinci yazıma yazılan 38 rəyin hamısı narazılıq ifadə edirdi, böyük əksəriyyət mənim kimi oxşar formada üzləşdiyi münasibətdən gileylənmişdi.
Bu fakt üzə çıxardı ki, nəşriyyatın cığallığına tuş gələn tək mən deyilmişəm”.
Xatırladaq ki, daha əvvəl tərcüməçi bildirmişdi ki, Benjamin Qremin “Ağıllı sərmayədar” kitabını tərcüməyə götürəndə nəşriyyatın sahibi ilə qiymətini əvvəlcədən razılaşıblar. Lakin sonradan razılaşmanın üzərindən xətt çəkilib.
Son xəbərlər
Son Xəbərlər