Qapıçı iki qol vurdu, komandasını məğlubiyyətdən qurtardı - Video

qapici-iki-qol-vurdu-komandasini-meglubiyyetden-qurtardi
Oxunma sayı: 787

Niderland futbolunun əfsanələrindən sayılan Ronald Kumanın oğlu, “Telstar” klubunun qapıçısı Ronald Kuman diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, qolkiper “Kambur” klubu ilə oyunda 2 qol vuraraq komandasını məğlubiyyətdən xilas edib. 

“Telstar” 0:2 hesabı ilə geridə olarkən Kuman əvvəlcə 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+11-ci dəqiqədə isə 2-ci dəfə 11 metrlik nöqtəyə yaxınlşıb və rəqib qapısına yol tapıb. 

Nəticədə matç 2:2 hesabı ilə başa çatıb.