Qar yağacaq - Xəbərdarlıq

qar-yagacaq
Oxunma sayı: 11207

Dekabrın 1-i gündüzdən 3-ü axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirlib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.