“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

qarabag-bikalyo-ile-muqavilenin-detallarini-aciqladi
Oxunma sayı: 623

“Qarabağ” futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, P.Bikalyo 2029-cu ilin yayına qədər Ağdam klubunda çıxış edəcək.

Qeyd edək ki, 2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb.

Əlavə edək ki, ötən mövsüm ÇL-in oyunlarından sonra Bikalyoya Avropa və Braziliya klublarından maraq var idi. Onun yayda komandadan ayrıla biləcəyi ehtimalı da vardı. Lakin “Qarabağ” futbolçunu saxlaya bilib.