“Qarabağ məsələsindən Ermənistan dövlətçiliyinə qarşı alət kimi istifadə edilib”

qarabag-meselesinden-ermenistan-dovletciliyine-qarsi-alet-kimi-istifade-edilib
Oxunma sayı: 2370

“Qarabağ məsələsi Ermənistanın dövlətçiliyinin möhkəmlənməsinə qarşı bir alət olaraq istifadə edilib”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

“Qarabağ məsələsində istədiyimizə, minimum olaraq 1996-cı ildə keçirilən ATƏT-in Lissabon sammitindən sonra nail olmaq mümkün deyildi. Bu sammitdə “konsensus -1”ə qoşulanların və rəsmi görüşlərin qapalı hissəsində və ziyafətlərdə bizi bütün bunların mümkün olduğuna və mütləq baş verəcəyinə inandıranların hamısı bununla yalnız bir - Ermənistan dövlətinin formalaşmasının qarşısını almaq məqsədi güdürdülər”, - deyə Paşinyan qeyd edib.