Bu gün Avropa Liqasının pley-off mərhələsinə start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" səfərdə Moldovanın "Şerif" klubunun qonağı olacaq.
Tiraspol təmsilçisi də Ağdam klubu kimi mübarizəyə Çempionlar Liqasından başlayıb. “Qarabağ” 3-cü, "Şerif" isə 2-ci təsnifat mərhələsində uduzaraq, Avropa Liqasına düşüb.
Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.
23 avqust
Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunu
21:00. "Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Harald Lexner
Yan xətt hakimləri: Andreas Heydenreix, Maksimilian Kolbitş
Dördüncü hakim: Yulian Vaynberqer (hamısı Avstriya)
Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Teyvo Holapaynen (Finlandiya)
Tiraspol, “Şerif stadium".
***
Hər iki komandanın start heyətləri açıqlandı:
“Şerif”: 33. Sergey Paşçenko, 9. Jo Santos, 15. Kristiano 18. Georgi Anton, 23. Vladimir Kovaçeviç, 39. Ziqi Badibanqa, 55. Mateo Suşiç (k), 77. Yuri Kendış, 88. Rifet Kapiç, 90. Vyaçeslav Posmak, 97. Aleksandru Boyçuk.
Ehtiyat oyunçular: 21. Çebotar, 4. Raku, 7. Rodriqes, 14. Balima, 19. Paliç, 35. Kulişiç, 45. Kamara.
“Qarabağ”: 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 19. Filip Ozobiç, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 17. Abdullah Zubir, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
***
Oyun başladı.
***
Rifet Kapiç 8-ci dəqiqədə hesabı açdı. “Şerif”- “Qarabağ” - 1:0
***
İkinci hissə başladı.
***
Matç bitdi.
Son xəbərlər
Son Xəbərlər