Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu gün baş tutacaq oyunda “Qarabağ” “Şamaxı”nı qəbul edəcək.
Bu komandalar arasında Şamaxıda keçirilən ilk oyunda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
Daha öncə “Sumqayıt”ı iki oyunda üstələmiş (0:0, 2:0) “Zirə” ilk yarımfinalçı olub. Qalan oyunlar sabah keçiriləcək.
Azərbaycan kuboku
1/4 final, cavab oyunu
4 mart
19:00. Qarabağ – Şamaxı
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 1:2
Son xəbərlər
Son Xəbərlər