“Qarabağ”da ciddi itki - “Lion”la matçda olmayacaq

qarabagda-ciddi-itki
Oxunma sayı: 12639

Avropa Liqasının Liqa mərhələsinin növbəti turunda Bakıda “Lion”la qarşılaşacaq “Qarabağ” ciddi itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun müdafiəçisi Bədavi Hüseynovun bu matçda iştrak etməyəcəyi dəqiqləşib.

Millət Liqasında İsveçlə matçda topuğundan zədələnən millimizin üzvünün 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, “Qarabağ” - “Lion” matçı noyabrın 28-i Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.