Qarabağda gənclər arasında “Gaming Festival” - Fotolar

qarabagda-gencler-arasinda-gaming-festival
Oxunma sayı: 880

Hazırda işğaldan azad olunan ərazilərdə sürətlə bərpa-quruculuq işləri gedir və həyat əvvəlki axarına qayıdır.

Kompüter avadanlıqlarının böyük idxalçılarından biri olan “Aztech” şirkəti 19.12.2023-cü il tarixində Laçında “LaCinema” kino mərkəzində “LEGİON GO” portativ oyun konsolunun ilk təqdimatını və gənclər arasında əyləncəli “Gaming Festival” keçirdi.

Bu, “Aztech” şirkətinin Laçına artıq 2-ci gəlişidir, bundan öncə də Laçın rayonu 2 saylı tam orta məktəbə şirkət tərəfindən 30 noutbuk hədiyyə edilib. Dünya təqdimatı cəmi bir neçə həftə əvvəl keçirilmiş yeni portativ oyun konsolu “Lenovo Legion Go” Laçındakı bu təqdimatdan sonra Azərbaycanda rəsmi satışa çıxarıldı.

Təqdimatdan sonra məktəblilər və gənclər arasında maarifləndirici və əyləncəli “Gaming Festival” keçirildi. Gənc nəslin maarifləndirilməsi, yeni texnoloji ürünlərlə tanışlığı, boş asudə vaxtlarını daha faydalı necə keçirə biləcəkləri barəsində maraqlı diskusiyalar aparıldı. Laçınlı gənclər və məktəblilər üçün əsl bayram ab-havalı olan və Qarabağda ilk dəfə təşkil olunan bu tədbirə maraq böyük idi.

“Aztech” şirkəti olaraq işğaldan azad olmuş torpaqlarımızda belə bir tədbiri keçirmək bizim üçün böyük qürurdur! Tövsiyyə edirik ki, bundan sonra digər texnoloji şirkətlər də  önəmli təqdimatlarını və tədbirlərini məhz doğma Qarabağımızda keçirsinlər ki, bu torpaqlarda həyat tez bir zamanda əvvəlki məcrasına qayıtsın”, - şirkətin marketinq meneceri Gülnar İsmayılova bildirib.

“Aztech” 1998-ci ildən fəaliyyət göstərir və bugün ölkədə aparıcı kompüter idxalçılarından biri olaraq “ASUS”, “LENOVO” və MSİ brendlərinin topdan, korporativ və pərakəndə satışını həyata keçirir.