“Qarabağ”ın rəqibi Bakıya 16 saatlıq yol qət edib

qarabagin-reqibi-bakiya-16-saatliq-yol-qet-edib
Oxunma sayı: 2338

“Qarabağ” UEFA Çempionlar Liqasındakı rəqibi Cəbəllüttariqin “Linkoln” klubu Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, onlar Azərbaycan paytaxtına çatmaq üçün 16 saat yol qət ediblər.

Bu barədə klub feysbuk hesabındakı paylaşımda məlumat verib: “16 saat sonra Bakıdayıq”.

Qeyd edək ki, “Qarabağ” – “Linkoln” görüşü sabah saat 20:00-da başlayacaq. Tərəflər arasında ilk matç Azərbaycan çempionunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.