“Qarabağ”ın sabiq qapıçısı azarkeşləri hədələdi - Komandadan qovdular

qarabagin-sabiq-qapicisi-azarkesleri-hedeledi
Oxunma sayı: 263

Türkiyənin “Göztepe” klubu “Qarabağ”ın keçmiş qapıçısı Luka Quqeşaşvilini heyətdən kənarlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İzmir təmsilçisi rəsmi bəyanat yayıb.

Qərara 27 yaşlı gürcüstanlı qolkiperin “Gaziantep FK” ilə matçdan (2:4) sonra sosial şəbəkədə azarkeşlərin ünvanına yazdığı qalmaqallı mesajlar səbəb olub.

Görüşün ilk hissəsində 4 qol buraxaraq əvəzlənən və azarkeşlər tərəfindən fitə basılan Quqeşaşvili paylaşımında tənqidçiləri “Klaviatura arxasında gizlənənlərə tək sözüm var: Dünya kiçikdir, bir gün küçədə qarşılaşacağıq” sözləri ilə hədələyib.

Klub oyunçuya qarşı intizam icraatının başladıldığını və proses yekunlaşana qədər onun komandadan ayrı məşq edəcəyini bildirib.