Ötən gün axşam saatlarında Bakı-Qazax yolunun Qaradağ rayonunun Sahil qəsəbəsinin 34-cü km-də yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Elşən Qurban oğlu Qubadov idarə etdiyi “Xəzər” markalı maşını aşırıb.
O, hadisə yerində ölüb.
Baş DYP İdarəsinin baş inspektoru polis baş leytenantı Elvin Hacıyevin sözlərinə görə, sürücü yolun sağ hissəsi ilə sürət həddini aşaraq ötmə hərəkəti edib:
“Edilən xəbərdarlıqlara, görülən tədbirlərə baxmayaraq yenə də sürət həddinin aşılması bir insanın həyatına son qoyub. Hər bir sürücüdən qaydalara, sürət həddinə ciddi riayət etməyi xahiş edirik”.