“Qardaş qardaşına səhvin nə olduğunu deməlidir” - Səudiyyə Ərəbistanı

qardas-qardasina-sehvin-ne-oldugunu-demelidir
Oxunma sayı: 653

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil bin Əhməd əl-Cübeyr diplomatik böhranın başa çatması üçün Qətərin doğru addımları atmasını gözlədiklərini açıqlayıb.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, Almaniyada rəsmi səfərdə olan əl-Cübeyr bu barədə alman həmkarı Siqmar Qabriellə birgə keçirdiyi mətbuat konfransında danışıb.

O deyib ki, Qətəri hələ də qardaş və ortaq ölkə olaraq görürlər:

“Amma qardaş qardaşına səhvin nə olduğunu deməli, hərəkətlərini düzəltsin deyə tövsiyyə verməlidir”.

Siqmar Qabriel də Körfəzdəki böhranın tezliklə başa çatmasını istədiklərini bildirib. Alman nazir bunun üçün əllərindən gələni edə biləcəklərini söyləyib.

Qeyd edək ki, Konor adaları, Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya, Maldiv adaları, Mavriki və Mavritaniya terrorizmə dəstək verdiyi iddiası ilə Qətərlə əlaqələrini kəsdiklərini elan ediblər.