Türkiyənin Qars bölgəsinin Sarıqamış rayonunda sərnişin avtobusu dərəyə aşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Qəzada çox sayda ölən və yaralananların olduğu bildirilir.
Əraziyə polis və təcili yardım cəlb edilib.
***
Qəzada ölənlərin sayı açıqlanıb.
İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 22 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanalara çatdırılıb.