FHN-in "112" qaynar telefon xəttinə Qax rayonunun Ağçay kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə naməlum şəraitdə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
"Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinin aparılması üçün əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
Bildirilib ki, itkin düşən şəxs rayonun İlisu qəsəbə sakini, 1993-cü il təvəllüdlü Kamalov Rəhman Sədrəddin oğludur. O, iyulun 23-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
***
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, İlisu sakini, 1992-ci il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun iyulun 23-də təxminən saat 20 radələrində dağlıq-meşəlik ərazidə naməlum istiqamətdə gedərək itkin düşməsi barədə dünən yaxınları tərəfindən polisə müraciət edilib.
Hazırda rayon polis şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları axtarışlara cəlb olunub. Onun tapılması istiqamətində tədbirlər keçirilir.
Son xəbərlər
Son Xəbərlər