Qaxda avtomobil qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Honda”, “Hyundai” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Qəza zamanı “VAZ-2106”nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov, sərnişinləri - 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılov, eləcə də “Honda”da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Mübariz Muradov

Son xəbərlər
Son Xəbərlər