Qaxda maşınlar toqquşdu - Xəsarət alanlar var+Yenilənib

qaxda-masinlar-toqqusdu
Oxunma sayı: 2027

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Turaclı kənd ərazisində olub.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Hadisə zamanı xəsarət alanlar var. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

***

Qaxda baş verən qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub. 

Xəsarət alanlar “VAZ-21099”un sürücüsü Qax rayon Turaclı kənd sakini 1986-cı il təvəllüdlü Şahlar Bəşirov, 9 yaşlı Ömər Mehman oğlu Abdulla və 12 yaşlı İbrahim Mehman oğlu Abdulladır.

Mübariz Muradov