Qazaxıstan hökuməti istefaya göndərildi

qazaxistan-hokumeti-istefaya-gonderildi
Oxunma sayı: 2351

Qazaxıstan hökuməti Məclisin (parlamentin aşağı palatası) yeni tərkibinin seçilməsi ilə əlaqədar istefa verib. 

“Qafqazinfo” “Tengrinews.kz”ə istinadən xəbər verir ki, bu gün VIII çağırış Məclisin ilk iclasının açılışında Alixan Smailovun Nazirlər Kabineti yeni seçilmiş Məclis qarşısında istefa verib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər hökumətə öz vəzifələrini icra etməyi tapşıran fərman imzalayıb.

Qeyd edək ki, 98 deputatın daxil olduğu Məclisə növbədənkənar seçkilər martın 19-u keçirilib. Bu, qarışıq seçki sistemi üzrə həyata keçirilib: deputatların 70%-i (69 nəfər) partiya siyahıları, 30%-i (29 nəfər) birmandatlı seçki dairələri üzrə seçilib. Hakim Amanat Partiyası 53,9% səs toplayıb ki, bu da partiyanın artıq bölüşdürdüyü 40 mandata uyğundur.