Qazaxıstanda yük qatarı qəzaya uğradı - Video

qazaxistanda-yuk-qatari-qezaya-ugradi
Oxunma sayı: 1494

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb.

“Qafqazinfo” “Euroradio.fm”ə istinadən xəbər verir ki, məlumatı Belarus dəmir yollarının Mətbuat xidməti paylaşıb.

Bildirilir ki, hadisə Qazaxıstanın Dostıq dəmir yolu stansiyasında qeydə alınıb.

Belarusun kalium gübrələrini daşıyan qatarının relsdən çıxması nəticəsində vaqonlar yaxınlıqdakı relsdə dayanan lokomotivə çırpılıb. Stansiyada infrastruktur ziyan görüb.

İlkin səbəb kimi qatarın altındakı açarın nasaz olduğu göstərilir.

Qəza Qazaxıstanla Çin arasında qatarların hərəkətinə təsir göstərib.