“Qəbələ” “Araz-Naxçıvan”a qarşı

qebele-araz-naxcivana-qarsi
Oxunma sayı: 1499

Bu gün Azərbaycan Premyer Liqasında 35-ci tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, son gündə bir oyun baş tutacaq.

Turun son oyununda autsayder “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Daha öncə “Qarabağ” “Turan Tovuz”a 4:3, “Sabah” isə “Sumqayıt”a 2:0 hesabıyla qalib gəlib. “Səbail” evdə “Neftçi”yə 0:3, “Kəpəz” “Zirə”yə 0:1 hesabıyla uduzub.

Azərbaycan Premyer Liqası
35-ci tur
19 may

“Qəbələ”– “Araz-Naxçıvan”
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
Qəbələ şəhər stadionu, 16:00.