Qəbələ və İsmayıllı reysləri təxirə salındı

qebele-ve-ismayilli-reysleri-texire-salindi
Oxunma sayı: 2410

Ölkə ərazisində davam edən qarlı hava şəraitinə baxmayaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi vətəndaşlara fasiləsiz xidmət göstərir.

AYNA-dan “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 14-ü günün ilk yarısında 90-dan çox reys həyata keçirilib, 2100 sərnişin paytaxtdan regionlara yola salınıb.

Yollardakı vəziyyətlə bağlı yalnız Qəbələ və İsmayıllı reysləri təxirə salınıb.

Gün ərzində hərəkət cədvəlinə uyğun digər müntəzəm reyslərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.