Qəbiristanlıqda gənc bıçaqlandı - 17 yaşlı yeniyetmə saxlanıldı

qebiristanliqda-genc-bicaqlandi
Oxunma sayı: 543

Qazaxda gənc oğlan qəbiristanlıqda bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

2006-cı il təvəllüdlü Hümbət Məmmədov bıçaqlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə S. Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev