Qəddafinin məktubu açıqlandı

qeddafinin-mektubu-aciqlandi
Oxunma sayı: 954

Məktubda Qəddafinin Liviyanın yenidən avropalıların koloniyasına çevrilməsinə icazə verməyəcəyi və humanitar yardım göstərilməsi barədə xahiş etməyəcəyi kimi məlumatlar öz əksini tapıb. Bundan başqa, Qəddafi ölkədə ABŞ-ın rəhbərliyi ilə atəşkəsin təmin edilərək danışıqlara start verilməsini xahiş edib.

Dünən isə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Liviyanı tərk edəcəyi təqdirdə Qəddafinin həyatı üçün təminat verəcəyinə dair söz vermişdi.

Yayılan xəbərlərə baxmayaraq, Qəddafi Liviyada üsyankarlarla mübarizə aparmaqda davam edir. Liviya liderinin qüvvələri cümə günü axşam saatlarında üsyançıların sığınacaq nöqtələri olan Misuratu və Qadames şəhərlərini atəşə tutub.