Qətər hava məkanını qismən açır

qeter-hava-mekanini-qismen-acir
Oxunma sayı: 466

Qətər repatriasiya və yük uçuşları üçün hava məkanını qismən açmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Qətər Mülki Aviasiya Departamenti məlumat yayıb.

“Qətər Mülki Aviasiya Departamenti Qətər Silahlı Qüvvələri və səlahiyyətli dövlət orqanları ilə tam koordinasiya əsasında müəyyən məhdud tutumlu naviqasiya marşrutları boyunca ölkənin hava məkanının qismən yenidən açıldığını elan edir”, - departament bildirib.

Qeyd edilib ki, plan bölgədəki vəziyyəti nəzərə alaraq məhdud sayda evakuasiya uçuşları, eləcə də yük uçuşlarını əhatə edəcək.