Qəzada itirdiyi nəvəsindən yazdı...

qezada-itirdiyi-nevesinden-yazdi
Oxunma sayı: 4477

Şair Cığatel İsaqızı avtomobil qəzasında dünyasını dəyişən 10 yaşlı nəvəsi Süleyman Qasımova şeir həsr edib. 

“Qafqazinfo” xəbər verir ki, şair hadisədən sonra ilk dəfə sosial şəbəkə hesabında paylaşım edərək nəvəsinin fotolarını da yerləşdirib.  

"Könlüm Süleyman istəyir" adlı şeirə çoxsaylı şərhlər yazılıb.

Qeyd edək ki, avqustun 6-da Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qəza hadisəsi baş verib. Hadisə zamanı “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.