Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mingəçevir-Bəhrəmtəpə yolunun Qaradolaq kəndindən keçən hissəsində “Qazel”lə toqquşan “VAZ 21015”dəki şəxslər Ağcabədidən Bərdəyə həkimə gedirmişlər.
Belə ki, “VAZ”ın sürücüsü 1984-cü il təvəllüdlü Orxan Vəliyev, həyat yoldaşı Türkan Vəliyeva və 1972-ci il təvəllüdlü əmisi oğlu Elsevər Vəliyevlə birgə Bərdəyə yola düşdükdən az sonra faciəvi hadisə ilə üzləşiblər.
Qəza nəticəsində sürücü və əmisi oğlu Elsevər həlak olub. O.Vəliyevin Vətən müharibəsi iştirakçısı olduğu bildirilib.
Ağır xəsarətlər alan T.Vəliyevanın müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 20.11.2025-ci il tarixində saat 10:00 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın olmaqla) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda 1988-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xəsarət alan şəxslərdən 1972-ci il təvəllüdlü şəxs (kişi) dərhal əməliyyat edilib. Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 20.11.2025-ci il tarixində saat 14:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Ziya Əmirxanlı
Fotoda: Orxan Vəliyev

Fotoda: Elsevər Vəliyev


Son xəbərlər
Son Xəbərlər