Qəzada ölən qadın Bakı Modern Təhsil Kompleksində direktor işləyib - Foto

qezada-olen-qadin-baki-modern-tehsil-kompleksinde-direktor-isleyib
Oxunma sayı: 9233

Xəbər verdiyimiz kimi, ötən gecə paytaxtın Nizami rayonunda yerləşən şadlıq saraylarının birinin qarşısında avtomobil 2 qadını vurub, nəticədə onlardan biri dünyasını dəyişib.

“Qafqazinfo”nun məlumatına görə, qəzada vəfat edən 1961-ci il təvəllüdlü  təhsil sahəsində tanınmış şəxs imiş. Uzun illər pedoqoji fəaliyyət göstərmiş G.Əfəndiyeva 2012-2024-cü illərdə Bakı Modern Təhsil Kompleksinin direktoru vəzifəsində çalışıb. O, bir müddət əvvəl vəzifədən azad edilib və bu barədə mediada məlumat yayılıb.

Qəzada ağır xəsarət alan Kəmalə Bağırovanın da həmin təhsil kompleksində çalışdığı bildirilir.

Qeyd edək ki, hadisə dünən saat 22:40 radələrində baş verib. Cavad Ələkbərov idarə etdiyi “Kia” markalı avtomobillə “Altun” şadlıq sarayındakı toy mərasimindən çıxaraq yolu keçməyə çalışan 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı vurub.

Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə aparılan qadınlardan G.Əfəndiyeva az sonra vəfat edib. K.Bağırovanın müalicəsi davam etdirilir.

Faktla bağlı Nizami RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

***

Mərhum direktor Gülarə Əfəndiyevanın qızı Natavan Əfəndiyeva “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, anası hadisə olarkən Bakı Modern Təhsil Kompleksinin direktoru vəzifəsində çalışıb, işdən azad olunmayıb.