Honkonq Beynəlxalq Hava Limanında nadir hallarda baş verən hadisə qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, 35 yaşlı Britaniya vətəndaşı qəzəblə terminalın ortasındakı özünəxidmət köşklərini hədəf alaraq, metal dirəkdən istifadə edib.
Hücum nəticəsində köşklər, kassalar və təhlükəsizlik baryerləri dağılıb, hava limanına xeyli maddi ziyan dəyib.
Hadisənin gərüntüləri sosial mediada sürətlə yayılıb. Sözügedən şəxs sərnişinlərin şok içində izlədiyi anlarda 10 köşkü dağıdıb və hava limanının müxtəlif hissələrinə ziyan vurub.
Aeroport işçiləri və təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra şəxs polisə təhvil verilib. Britaniya vətəndaşı “əmlaka zərər vurmaq” ittihamı ilə həbs olunub. Hücumun səbəbi hələlik məlum deyil .
Məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər