Qəzza üçün 27 dövlət birgə bəyanat yaydı

qezza-ucun-27-dovlet-birge-beyanat-yaydi
Oxunma sayı: 1475

Böyük Britaniya, Kanada və Aİ də daxil olmaqla 27 tərəfdaş Qəzzadakı vəziyyətlə bağlı birgə bəyanat yayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda xüsusən anklavdakı humanitar böhran ön plana çəkilib.

“Qəzzada humanitar əzab pik həddə çatıb. Qıtlıq gözümüzün önündə baş verir. Aclığı dayandırmaq üçün təcili tədbirlər görülməlidir”, -deyə vurğulanır. 

Bəyanatda o da vurğulanıb ki, humanitar yardımların çatdırılmasına imkan yaradılmalı və yardım heç vaxt siyasiləşdirilməməlidir. 

Qeyd edilib ki, bütün beynəlxalq QHT-lər tərəfindən yardım çatdırılmasına icazə verilməli, bu humanitar tədbirə olan maneələr aradan qaldırılmalıdır.