“Qızım 18 yaşında atasından imtina etdi” - Video

qizim-18-yasinda-atasindan-imtina-etdi
Oxunma sayı: 4617

“Uşaqlıqdan sevilmədim, döyüldüm, söyüldüm. Bir qız övladım var. Yaşadıqlarımı ona yaşatmaram”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva “Günaydın, Azərbaycan” proqramında deyib.

O bildirib ki, qızı atasından imtina edib: “Ayrılıqdan sonra qızıma atası ilə əlaqəni kəsməyə imkan vermədim. Dedim, gəlsin, görüşsün. Ad günündə çağırırdım ki, hamı görsün atan var. Amma insanın iç üzü ortaya çıxır. 18 yaşında övladına da travma yaşatdı. Qızım qərar verdi ki, onun həyatında ata yoxdur. Dedi ki, utanıram atamın soyadını daşımağa utanıram. Gəlib dedi ki, icazə ver onun soyadından imtina edim və sənin soyadını götürüm. Bu gün 21 yaşı var, universiteti bitirəcək”.