Qızının 16 yaşlı sevgilisini öldürüb gizlicə basdırdı - Yenilənib

qizinin-16-yasli-sevgilisini-oldurub-gizlice-basdirdi
Oxunma sayı: 10616

Bakıda itkin düşən yeniyetmənin meyiti aşkar edilib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 7-si Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

16 yaşlı Şeydabəyov Hüseynbala İlqar oğlunun meyiti sentyabrın 10-u qəsəbə ərazisindəki məzarlıqdan tapılıb.

Məlumata görə, yeniyetmə oğlanı 13 yaşlı sevgilisinin atası öldürüb. Belə ki, qızın atası Lökbatandakı qəbiristanlıqda Hüseynbalanı iplə boğaraq öldürüb, daha sonra onu həmin ərazidə basdırıb.

Qeyd edək ki, H.Şeydabəyovun itkin düşməsi barədə xəbər yayılmışdı.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Sabunçu Rayon Prokurorluğu hadisə barədə məlumat yayıb.

Bildirilib ki, sentyabrın 6-sı Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla zərərçəkmişin qonşusu 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.