Qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı - Yenilənib

qohumunu-qesden-oldurmekde-subheli-bilinen-sexs-saxlanildi
Oxunma sayı: 3944

Bakıda qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “Qafqazinfo”ya Səbail rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 13-də saat 22 radələrində paytaxtın Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı qohumu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Qətl hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.

Bildirilib ki, yanvarın 13-də saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 1995-cı il təvəllüdlü Fətəliyev Etibar Bəxtiyar oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, (xalası oğlu) 1993-cu il təvəllüdlü İsmayılov Yusif İdrıs oğlu saxlanılıb. İlkin məlumata görə cinayət şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.