Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub.
Bu barədə “Qafqazinfo”ya şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib.
“Səhhəti yenidən ağırlaşdı. Süni tənəffüs aparatına qoşulub. 2-3 gündür, vəziyyətində yaxşılaşma yoxdur. Bununla belə, geriləmə də müşahidə edilmir. Hazırda vəziyyəti stabildir” , - deyə o bildirib.
Qeyd edək ki, 95 yaşlı Nəriman Həsənzadə bir müddətdir ki, xəstəxanada müalicə alır.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər