İtalyan məşhur model Byanka Balti xərçəng xəstəliyindən əziyyət çəkir.
“Qafqazinfo” “Hello! Russia”ya istinadən xəbər verir ki, 40 yaşlı fotomodel yumurtalıq xərçənginin III mərhələsində olduğunu açıqlayıb.
O, qarın nahiyəsində şiddətli ağrılar olduğu üçün ötən həftə həkimə müraciət etdiyini və daha sonra təcili əməliyyat olunduğunu bildirib: “Qorxu, ağrı və göz yaşları ilə, ən çox da sevgi, ümid, gülüş və güc dolu bir həftə oldu... Qarşımda çox uzun yol var, amma bunun öhdəsindən gələcəyimi bilirəm. Özümə, qızlarıma, sevdiklərimə və gücə ehtiyacı olan hər kəsə deyirəm ki, məndən güc ala bilərsiniz, çünki mən çox güclüyəm. Hər şey bir səbəbdən olur. Xərçəng mənə həyatın maneələrini aşaraq gözəllik tapmaq şansı verdi”.
Qeyd edək ki, Byanka iki dəfə ailəli olub, hər evliliyindən bir qızı var.
O, bir çox məşhur markalarla əməkdaşlıq edir. 2012-ci ildən “Dolce & Gabbana”nın simasıdır.