Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi açıqlanıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə mükafatın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, bolqarıstanlı Georgi Qospodinovun "Zaman sığınacağı" romanı mükafatın qalibi olub.
O, 50 min funt sterlinq (62 min dollar) mükafat alacaq.
Qeyd edək ki, 1969-cu ildə təsis olunan mükafat 2016-cı ildən hər il təqdim olunur. Əvvəllər isə iki ildən bir verilib.