Qroznıya uçan təyyarənin pilotları Aktauda qurbanları belə yad etdi - Video

qrozniya-ucan-teyyarenin-pilotlari-aktauda-qurbanlari-bele-yad-etdi
Oxunma sayı: 3431

Özbəkistan Hava Yollarına məxsus Daşkənd-Qroznı reysini yerinə yetirən təyyarənin pilotları AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olanları yad edib.

“Qafqazinfo” xəbər verir ki, onlar qəzanın baş verdiyi Aktau şəhəri üzərində iki dövrə vuraraq qurbanların xatirəsinə ehtiramını bildiriblər. 

Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus  “Embraer-190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.