Millət vəkili Anatoliy Rafailovun təşəbbüsü və “Magen David Azərbaycan” - İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin təşkilatçılığı ilə Quba və Qusar rayonlarından şəhid övladları üçün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, rayon icra hakimiyyəti başçıları, şəhid ailələrinin üzvləri, tanınmış incəsənət xadimləri və ictimayyət nümayəndələri iştirak edib.
tədbiri Milli Məclisinin deputatı Anatoliy Rafailov açıq elan edib.
O, şəhidlərimizin şücaətindən danışıb, 44 günlük müharibədəki qələbənin memarının Ali Baş Komandan, Prezident İlham Əliyevin olduğunu qeyd edib.
A.Rafailov uşaqları 1 iyun bayramı münasibətilə təbrik edib, onlara can sağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb.
Tədbirdə qeyd edilib ki, Azərbaycanda uşaq siyasətinin bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Xüsusi vurğulanıb ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş uşaqlarla bağlı dövlət siyasəti bu gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən çox uğurla davam etdirilir.
Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun rolu önə çəkilib, bu istiqamətdə böyük işlər gördüyü bildirilib. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirak etdiyi də qeyd olunub.
Çıxış edənlər azyaşlıları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı təbrik edərək onlara uğurlar arzulayıb, uşaqlara müxtəlif hədiyyələr verilib və ümumi foto çəkilib.






Son xəbərlər
Son Xəbərlər