Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mercedes” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
DİN-in yaydığı son məlumata görə, hadisə nəticəsində yaralananların sayı 12-yə çatıb.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın, 5-i kişi olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
Yaralların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.
Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.
Qeyd edək ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü qadının həkiməqədər ölüm faktı qeydə alınıb.
***
APA-nın məlumatına görə, Qubada fəhlələri daşıyan mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində xəsarət alanların sayı 14 nəfərə çatıb.
Quba və Xaçmaz rayon sakinləri olan şəxslərin kimlikləri aşağıdakı kimidir:
Arzu Ağazadə, Tural Əlisultanov, Aliyə Hacıyeva, Kamal Paşayev, Gülarə Yunusova, Elmar Kamalov, Gülbikə Səfərəliyeva, Pərvanə Məmmədova, Gülnar Əlisultanova, Sərxan Əhmədov, Qənilə Gülbalayeva, Elsevər Əmrahov, Zenfira Rüstəmova, Rəvanə Xasıyeva.
Son xəbərlər
Son Xəbərlər