Qubada avtomobil yolu təmir olunacaq - Sərəncam

qubada-avtomobil-yolu-temir-olunacaq
Oxunma sayı: 3093

Quba rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) - Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolu əsaslı təmir olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, 7 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.