Qurban Qurbanov Gəncə terrorunda ailəsini itirən Nilayla görüşdü - Foto

qurban-qurbanov-gence-terrorunda-ailesini-itiren-nilayla-gorusdu
Oxunma sayı: 3427

“Qarabağ” Azərbaycan Premyer Liqasının 21-ci turunda “Kəpəz”lə oyun üçün Gəncəyə səfərə yollanıb. 

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunu yerli azarkeşlər xoş qarşılayıb. Onlar futbolçularla və məşqçi heyəti ilə görüşüb.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə raket hücumu nəticəsində ata-anasını itirən balaca Nilayla da görüşüb.

Qeyd edək ki, erməni vandalizmi nəticəsində balaca Nilay təkcə valideynlərini deyil, nənəsini də itirib. Həmin vaxt Nilayın heç iki yaşı yox idi. Atası Adil Əliyev partlayış zamanı, Günay Əliyeva isə bir gün sonra şəhid olub. Nilay hazırda ana nənəsi Sevil Babazadənin himayəsindədir.