Qurbanov “Qarabağ”la bağlı qərar verdi

qurbanov-qarabagla-bagli-qerar-verdi
Oxunma sayı: 3131

Son vaxtlar adı Türkiyə, Rusiya və Avropanın müxtəlif komandaları ilə yanaşı çəkilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, o, Ağdam təmsilçisi ilə 3 illik sözləşməyə imza atıb.

Bildirilib ki, yeni anlaşmaya əsasən, Qurbanov 2029-cu ilin yayına qədər “Qarabağ”a rəhbərlik edəcək.

Qeyd edək ki, bu barədə ilk məlumatı “Sportinfo.az” yayıb.