Qurbanqulu Berdıməhəmmədovun oğlu Prezident oldu

qurbanqulu-berdimehemmedovun-oglu-prezident-oldu
Oxunma sayı: 5629

Sərdar Berdıməhəmmədov Türkmənistanda keçirilən növbədənkənar Prezident seçkilərində 72,97% səslə qalib gəlib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkmənistanın Mərkəzi Seçki Komissiyası yayıb.

Xatırladaq ki, Sərdar Berdıməhəmmədov ölkənin hazırki Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğludur. Növbədənkənar Prezident seçkiləri martın 12-si keçirilib.