Qusar rayonunda qətl törədilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 16-sı saat 11 radələrində rayonun Hil kəndində baş verib.
Kənd sakini 1993-cü il təvəllüdlü Diana Asəf qızı Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə tapılıb.
Araşdırmalarla D. Təyibovanın keçmiş əri, kənd sakini 1990-cı il təvəllüdlü Asif Oleq oğlu Təyibov tərəfindən öldürülməsinə əsaslı şübhələr yaranıb.
Onun münaqişə zəminində keçmiş arvadını boğduğu və qayçı ilə boğaz nahiyəsinə vuraraq öldürdüyü bildirilib.
A. Təyibov polis əməkdaşları tərəfindən tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
***
Bizim.Media-nın məlumatına görə, cütlük üç il əvvəl boşanıb. Onların üç övladı olub, uşaqlardan ikisi atanın, biri isə ananın himayəsində yaşayırmış.
Asif Təyibov keçmiş arvadı ilə barışmaq məqsədilə onu aldadaraq yaşayış olmayan bir evə aparıb. O həmin evi qadın üçün kirayə tutacağını bildirib. Daha sonra evdə Diana Təyibovanın əl-qolunu bağlayaraq ona ağır xəsarətlər yetirib və öldürüb.
A. Təyibov ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib.
***
Qusar Rayon Prokurorluğunun yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər