Qvardiolanın “təhdid”indən sonra çəkisini açıqladı - Foto

qvardiolanin-tehdidinden-sonra-cekisini-aciqladi
Oxunma sayı: 314

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haaland baş məşqçi Pep Qvardiolanın sərt xəbərdarlığına maraqlı cavab verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə norveçli ulduz sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, bir neçə gün əvvəl Pep Qvardiola Milad tətili ilə bağlı futbolçularına ciddi xəbərdarlıq edərək, hər hansı bir oyunçunun hətta bir neçə kiloqram artıq çəki ilə geri dönəcəyi təqdirdə Premyer Liqanın 18-ci turunda “Nottinqem Forest”lə oyuna aparılmayacağını bildirmişdi.

Norveçli qol maşını isə məşqçisinin bu tələbinə əməl etdiyini nümayiş etdirmək üçün tərəzi üzərində çəkisini paylaşıb. Haaland çəkisinin 94,4 kiloqram olduğunu göstərən fotoya “Hər şey əladır” şərhini əlavə edərək formasını qoruduğunu isbatlayıb.

Sözügedən paylaşım azarkeşlər tərəfindən ulduz futbolçunun intizamlı davranışı və Qvardiolanın “qara siyahı”sına düşmək niyyətində olmaması kimi qiymətləndirilib.