Rafael Ağayev rekordlarına görə ildə 50 min dollar qazanacaq - Video

rafael-agayev-rekordlarina-gore-ilde-50-min-dollar-qazanacaq
Oxunma sayı: 8919

“Ginnesin Rekordlar Kitabı”na düşən Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev buna görə ildə 50 min dollar qazanacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı idmançının özü açıqlayıb. 

“Motivator Sports” yutub kanalında danışan R.Ağayev rekordu qırılana qədər bu məbləği alacağını bildirib: “Yəqin ki, yaxın 6 ildə bu mümkün olmayacaq. Ondan sonra kimsə rekordumu qıra bilər. Amma həmin zamana qədər deyilən məbləği alacam”. 

Qeyd edək ki, Rafael Ağayev fərdi yarışlarda ən çox dünya çempionu olan idmançı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. 

İdmançı 2006-2016-cı illərdə fərdi  karate (Kumite) üzrə  5 dəfə dünya çempionu olub.

Ağayev karate üzrə -70 kq-da iki (2006 və 2008), iki dəfə -75 (2010 və 2016) və bir açıq çempionluq (2008) qazanıb. O, həmçinin iki gümüş və iki bürünc olmaqla ümumilikdə doqquz dünya çempionatı medalı qazanıb.