Ramasvami namizədliyini geri götürüb

ramasvami-namizedliyini-geri-goturub
Oxunma sayı: 1554

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri Vivek Ramasvami namizədliyini geri götürüb.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, Ramasvami bu barədə qərarı Ayovada Respublikaçıların namizədi ilə bağlı keçirilən seçkilərdən sonra verib. Belə ki, sözügedən ştatda səslərin əksəriyyətini ABŞ-nin keçmiş Prezidenti Donald Tramp qazanıb. 

O, prezident seçkilərində Donald Trampı dəstəkləyəcəyini də açıqlayıb. 

“Bu andan etibarən seçki ilə bağlı kampaniyanı dayandırırıq. Mənim növbəti prezident olmaq imkanım yoxdur”, - deyə iş adamı qeyd edib. 

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri bu ilin noyabrında baş tutacaq.