Ramiz Mehdiyevin köməkçisini “Bandotdel” saxlayıb - Rəsmi

ramiz-mehdiyevin-komekcisini-bandotdel-saxlayib
Oxunma sayı: 13039

Dünən AMEA prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin köməkçisinin saxlanıldığı təsdiqlənib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Eldar Əmirov dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb: “Hazırda müvafiq araşdırmalar aparılır”.

E. Əmirov R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi işləyib.

***

Yasamal rayon Məhkəməsi E.Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.

Hazırda onunla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma davam etdirilir.

Murad Əhməd

Xəbəri rus dilində oxuyun: Как произошло убийство, в котором был задержан гази?

Массовая драка школьников в Баку - Видео