Bosniya serblərinin keçmiş komandanı Ratko Mladiç vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Serbiya Televiziyası məlumat yayıb.
Onun Haaqada BMT-yə məxsus cəzaçəkmə müəssisəsində 84 yaşında öldüyü bildirilir.
Qeyd edək ki, “Serb qəssabı” ləqəbi ilə tanınan general 1992-1995-ci illərdə Bosniya və Herseqovinada silahlı münaqişə zamanı serb ordusuna rəhbərlik edib. Beynəlxalq tribunal tərəfindən onun əleyhinə ilk ittihamlar 1995-ci ilin iyulunda irəli sürülüb, bir ildən sonra isə Mladiç beynəlxalq axtarışa verilib. 2011-ci ildə Serbiya tərəfi onu həbs edərək Haaqa Tribunalına təhvil verib.
Son xəbərlər
Son Xəbərlər